BAKI, 11 sentyabr. TELEQRAF

“İnsanları hakimiyyətə qarşı küçələrə çıxarmaq üçün hansısa səbəb və ya “tətik”ə ehtiyac yoxdur”.

Teleqraf xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan Nikol Paşinyan hökumətinə qarşı küçə mübarizəsinin mümkünlüyü barədə jurnalistlərə danışarkən deyib.

“Yəqin artıq şübhə etmirsiniz ki, istədiyimiz zaman insanları küçələrə çıxara bilərik. Bəs çıxarıb nə edəcəyik? Daha maraqlı iş görəcəyik”, - o bildirib.

Karapetyan əlavə edib ki, “tətik” insanları küçələrə çıxarmaq üçün yox, hakimiyyət dəyişikliyi həyata keçirmək üçün lazımdır.