BAKI, 11 sentyabr. TELEQRAF

“Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib, bu da digər bütün ölkələrə qarşı tətbiq edilən sanksiyaların ümumi sayından iki dəfə çoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən BRİKS Biznes Forumunda çıxışı zamanı deyib.

“Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib. Bu, dünyanın bütün qalan ölkələrinə tətbiq edilən ümumi sanksiyaların sayından təxminən iki dəfə çoxdur. Statistika belədir”, - o bildirib.