BAKI, 30 may. TELEQRAF

Ağ Evin aparat rəhbəri Susan Uaylsın telefon şifrəsi sındırılıb və onun adından Amerika senatorlarına, qubernatorlarına və iri biznesmenlərə mesajlar və zənglər göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

S.Uayls ABŞ Prezidenti Donald Trampın ən yaxın məsləhətçilərindən biridir. Onun şəxsi telefonuna müdaxilə ilə ölkənin ən nüfuzlu adamlarına çıxış əldə edilib.

İddiaya görə, bir senator Uaylsdən pul köçürməsini tələb edən mesaj alıb. Başqa bir qanunverici orqanın nümayəndəsindən Trampın əfv edə biləcəyi adamların siyahısını tərtib etməsi istənilib. Süni intellekt çox güman ki, fırıldaqçıya telefon danışıqları zamanı onun səsini təqlid etməyə kömək edib.

Aparat rəhbərinin adından yazılan məktubları alanlar qrammatik səhvlərə və formal üsluba görə şübhələniblər. Bundan əlavə, özünü Uayls kimi təqdim edən şəxs Tramp haqqında cavablarını bilməli olduğu suallar verib.

Hadisə ilə bağlı Federal Təhqiqatlar Bürosu və Ağ Ev araşdırma aparır.