BAKI, 30 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yerli avtomobil şirkətlərinin rəhbərləri təzyiq etdiyinə dair yayılan fikirləri təkzib edib.

Teleqraf xəbər verir ki, o, CNN-ə verdiyi müsahibədə idxal olunan avtomobillərə və hissələrinə tətbiq etdiyi 25%-lik tariflərin qüvvəyə minməsindən sonra qiymətləri artırmamaq üçün avtomobil istehsalçılarına təzyiq etdiyinə dair fikirlərin doğru olmadığını bildirib.

"Xeyr, mən bunu heç vaxt deməmişəm. Qiymətlərin artması məni narahat etmir, çünki insanlar ABŞ istehsalı olan avtomobil alacaq", - deyə dövlət başçısı deyib.

Xatırladaq ki, daha əvvəl "Wall Street Journal" yazmışdı ki, Tramp bu ay avtomobil şirkəti rəhbərləri ilə telefon danışığı keçirib və idxal vergiləri səbəbindən qiymətləri qaldıracaqları təqdirdə onları daha da sərt tariflərlə hədələyib.