BAKI, 11 sentyabr. TELEQRAF

Bu gün ABŞ-nin Azərbaycandakı səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında məlumat verilib.

"Biz birlikdə hücum qurbanlarını və onların ailələrini, ağlasığmaz təhlükənin qarşısına cəsarətlə çıxan ilk müdaxilə edənləri, eləcə də həmin faciəli gündən sonra həyatı həmişəlik dəyişən hər kəsi xatırladıq. Həmçinin hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirdiyini xatırladıq. ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq", - deyə məlumatda qeyd olunur.

Məlumatda həmçinin vurğulanır ki, 25 il əvvəl terrorçular Amerikanın həyat tərzini təhdid etmək məqsədilə Birləşmiş Ştatlara hücum ediblər: "Qaranlığın içindən Amerika xarakterinin əbədi həqiqəti bütün dünyanın görə biləcəyi şəkildə parladı. Terrorçular məqsədlərinə çata, xalqımızın ruhunu sarsıda bilmədilər".