BAKI, 11 sentyabr. TELEQRAF
Avropa Komissiyasının çağırışından sonra Niderland hökuməti qaz anbarlarının doluluq səviyyəsi üzrə hədəfini 74%-dən 64%-ə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bəyanatında bildirilir.
Qeyd olunur ki, düzəliş edilmiş rəqəm təxminən 93 TVt-saatlıq ehtiyata uyğun gəlir. Hökumət bu səviyyəyə 1 oktyabr – 1 dekabr tarixləri arasında çatmağı planlaşdırır.