BAKI, 11 sentyabr. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında məlumat verilib.
Bildirilib ki, görüşdə Türk dünyası ilə münasibətlər çərçivəsində həyata keçirilən işlər və bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.