BAKI, 11 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Teleqraf xəbər verir ki, turun açılış günündə “Neftçi” səfərdə “İmişli” ilə qarşılaşıb.

Yevlax şəhər stadionunda keçirilən oyun paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsilə yekunlaşıb. Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmada “ağ-qaralar”ın qollarını Freddi Varqas (12-ci dəqiqə), Breno Almeyda (28) və Qustavo Klisman (80) vurublar.

Meydan sahiblərinin heyətində isə Bəxtiyar Həsənalızadə (29) və Azər Salahlı (45+7) fərqləniblər.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” 12 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib, Fərid Namazovun baş məşqçisi olduğu “İmişli” isə 4 xalla 8-ci pillədə yer alır.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 12, 13 və 14-də keçiriləcək.