ŞUŞA, 11 sentyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada uşaqlarla görüşüb.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, uşaqlar diplomatik korpusun nümayəndələri ilə görüşərək müxtəlif ölkələrin adlarını səsləndiriblər.
Diplomatlar uşaqlarla söhbət edib, onların necə olduqları ilə maraqlanıblar.
Sonda Hikmət Hacıyev uşaqlara bütün dünyanın onları görmək üçün Şuşaya gəldiyini bildirib.