
BAKI, 27 mart. TELEQRAF
ABŞ-də Donald Tramp administrasiyasının federal hökuməti ixtisar etmək planı çərçivəsində səhiyyədə 10 min işçinin ixtisar olunacağı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin bəyanatında bildirilib.
Məlumata görə, bu ixtisarlar nəticəsində işçi sayı 82 mindən 62 minə endiriləcək, həmçinin regional idarələrin yarısı bağlanacaq.
İxtisarların və erkən pensiya təkliflərinin vergi ödəyicilərinə hər il 1,8 milyard dollar qənaət edəcəyi qeyd olunub. Qida və Dərman Administrasiyası ilə yanaşı, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin əməkdaşlarının da ixtisar edilməsi planlaşdırılır.
Tramp administrasiyasının hökumət strukturlarını səmərələşdirmək məqsədilə həyata keçirdiyi ixtisarlar, ölkə daxilində həmkarlar ittifaqları və təşkilatlar tərəfindən hüquqi mübarizələrə səbəb olub.