BAKI, 23 mart. TELEQRAF

“Amerikanın Səsi” radiostansiyasının əməkdaşları media orqanının bağlanmasını qanunsuz hesab edərək, ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, iddianı radiostansiyanın altı əməkdaşı, o cümlədən “Amerikanın səsi”nin Ağ Evdəki bürosunun keçmiş rəhbəri qaldırıb. Onlar Trampın sərəncamının bir hissəsinin ləğv edilməsini və medianın işinin bərpa olunmasını tələb edirlər.