.jpg)
BAKI, 20 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp öz komandasına Ukrayna münaqişəsinin həlli istiqamətində addımlar atmağı tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolin Levit brifinq zamanı deyib.
“Prezident qismən atəşkəs rejiminin yaradılması ilə bağlı texniki məsələlər üzərində işi davam etdirməyi tapşırıb. O, müşavirlərinə bu işi mümkün qədər tez yekunlaşdırmağı tapşırıb”, – Ağ Evin sözçüsü bildirib.
Levit əlavə edib ki, Trampın danışıqlar qrupu bu həftə Rusiya rəsmiləri ilə sanksiyaları müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcək. Onun sözlərinə görə, Tramp bütün məsələlər üzrə razılığın əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib.