
BAKI, 19 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məqsədini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, özünün "Truth" sosial şəbəkə hesabında məlumat verib.
“İndicə Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı başa çatdı. Təxminən bir saat davam etdi. Müzakirələrimizin çox hissəsi Rusiya və Ukraynanın tələb və ehtiyaclarını əlaqələndirmək üçün Prezident Putinlə dünənki söhbətə əsaslandı ”, - deyə Tramp bildirib.
O qeyd edib ki, Zelenski ilə danışmaqda məqsədi Rusiya və Ukraynanın mövqelərini daha da yaxınlaşdırmaqdır.