BAKI, 19 mart. TELEQRAF

Rusiya və ABŞ texniki heyəti Ukraynada qismən atəşkəsin həyata keçirilməsini müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşəcəklər.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığından sonra bildirib.

“Rusiyalı həmkarım Uşakov və mən razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşsün", - deyə o bildirib.