BAKI, 18 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampın danışqları ilə bağlı Ağ Ev bəyanat yayıb.

Teleqraf xəbər verir ki, rəsmi Vaşinqton liderlərin danışıqları zamanı Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması əldə olunduğunu açıqlayıb.

Bəyanatda bildirilir: “Liderlər Yaxın Şərqdə münaqişələri əngəlləmək üçün potensial əməkdaşlıqdan danışıblar. Onlar strateji silahlardan istifadənin qarşısının alınmasını müzakirə ediblər".

Prezidentlər Ukraynada sülh və atəşkəsin zərurətindən danışıblar. Hər iki lider münaqişənin davamlı sülhlə bitməsi ilə bağlı razılığa gəliblər.

Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.