BAKI, 18 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Con Kennedinin qətli ilə bağlı 80 min səhifədən ibarət işi açıq elan edəcək.

Teleqraf xəbər verir ki, bunu Tramp paytaxt Vaşinqtonda Con Kennedi adına Sənət Mərkəzini ziyarət edərkən deyib.

ABŞ lideri jurnalistlərə açıqlamasında deyib: "Kennedinin qətli ilə bağlı bütün sənədlər açıqlanacaq. İnsanlar bunu on illərdir gözləyir. Təxminən 80 min səhifəlik sənəddir. Siz onları oxuyub, qiymətləndirmənizi edəcəksiniz”.

Qeyd edək ki, bu il yanvarın 23-də Tramp keçmiş prezident Kennedi və hüquq müdafiəçisi Martin Lüter Kinqin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.