BAKI, 18 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ağ Evə dəvət edilməsinin mümkünlüyündən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

Tramp Ukrayna ilə bağlı razılaşmanın daha vacib məsələ olduğunu vurğulayıb.

“Mən bunu müzakirə etmək istəmirəm. Mən razılaşmalıyam. Mən bu müqaviləni imzalamalıyam" - siyasətçi deyib.