BAKI, 15 mart. TELEQRAF

ABŞ-nin Texas ştatında dəhşətli fırtına baş verib.

Teleqraf xəbər verir ki, təbii fəlakət Amarillo bölgəsini viran qoyub. Küləyin sürəti saatda 183 kilometri keçib.

Güclü fırtına yük maşınlarını aşırıb.

İlkin məlumatlara görə, azı 3 nəfər ölüb.