BAKI, 15 mart. TELEQRAF

Milyarder Stiven Faynberq ABŞ müdafiə nazirinin müavini təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkə hesabında məlumat verib.

ABŞ Senatı Faynberqi yeni vəzifəsinə təsdiq edib.

“O, bu iş üçün uyğun adamdır”, - deyə Pentaqon rəhbəri təyinata mövqeyini bildirib.

Faynberq dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Cerberus Capital Management"in sahibidir. O, 2016-cı ildə Trampın ilk rəhbərliyi dövründə Prezidentin Kəşfiyyat Məsləhət Şurasının rəhbəri olub.