BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla Rusiya lideri Vladimir Putin arasında təmas müsbət və məhsuldar olub.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib .

“Xüsusi elçinin bir gün əvvəl Prezident Putinlə danışması,Tramp-ın dediyi kimi, çox məhsuldar və müsbət olub.

Dövlət katibinin sözlərinə görə, ABŞ Ukraynada sülhə doğru addımlar atıldığına inanır.