
BAKI, 14 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putindən mühasirəyə alınan bir neçə min ukraynalı hərbçinin həyatını xilas etməsini istəyib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Minlərlə ukraynalı hərbçi tamamilə Rusiya silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb və çox pis, habelə həssas vəziyyətdədirlər. Mən Prezident Putinə təcili müraciət edərək, onların həyatlarını bağışlamağı xahiş etdim”, - deyə o qeyd edib.