BAKI, 14 mart. TELEQRAF

Martın 14-də ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışğı olub.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatlar rəhbəri bildirib.

D.Trampın sözlərinə görə, müzakirələr yaxşı və məhsuldar keçib.

O hesab edir ki, Ukraynada münaqişəyə son qoymaq üçün çox yaxşı şans yaranıb.

ABŞ Prezidenti minlərlə ukraynalı əsgərin Rusiya hərbi qüvvələri tərəfindən mühasirəyə alındığını və həssas vəziyyətdə olduğunu bildirib.