
BAKI, 12 mart. TELEQRAF
Əgər Ukrayna 30 günlük atəşkəs əldə etsə, bu, Rusiyanı yenidən hərbi əməliyyatlara başlamağa təhrik edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin keçmiş Aparat rəhbəri Lourens Uilkerson "Dialogue Works" yutub kanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, atəşkəsi yerinə yetirmək xüsusilə çətin olacaq, ruslar üzündən yox, çünki onların atəşkəsi pozacaqlarını düşünmürəm. Biz ukraynalılar üçün narahat olmalıyıq".
Onun fikrincə, ukraynalılar rusları qəzəbləndirəcək addımlar atacaq və onları münaqişəni bərpa etməyə məcbur edəcək: "Məsələn, Kiyev partizan taktikasından istifadə edə bilər".
Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio Ukraynada atəşkəsin peyklərdən monitorinqini təklif etmişdi. O qeyd edib ki, müasir hərbi əməliyyatları izləmək əvvəlkindən daha asandır.