BAKI, 10 mart. TELEQRAF

Səudiyyə Ərəbistanında gerçəkləşəcək ABŞ-Ukrayna danşıqlarının əsas mövzuları açılanıb.

Teleqraf xəbər verir ki, bu barədə bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff məlumat verib.

Onun sözlərinə görə, Amerika və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar zamanı ərazi məsələlərini, nadir torpaq metallarına dair razılaşmanı və kəşfiyyat məlumatlarının ötürülməsini müzakirə edəcəklər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Səudiyyə Ərəbistanında səfərdədir.