
BAKI, 10 mart. TELEQRAF
"Amrika Birləşmiş Ştatlar bu həftənin sonunda Ukraynanın təbii sərvətlərinin işlənməsi ilə bağlı razılığa gəlməyə ümid edir".
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
O, "Fox News" telekanalında ABŞ və Ukrayna rəsmilərinin martın 11-də Ciddədə gözlənilən görüşündə sazişin imzalana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən əlbəttə ki, buna ümid edərdim. Bu cür vasitəçilik səylərinin bir hissəsi tərəflərin mövqelərini yaxınlaşdırmaq, fikir ayrılıqlarının sahələrini daraltmaqdır. Biz bu işdə ruslarla uzun bir yol qət etmişik. Mən həqiqətən uğura ümid edirəm".