
BAKI, 5 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü dayandırmaq əmrindən sonra silah yüklü təyyarələr geri qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, Amerika silahları Polşanın Rzeşov aerodromundan Ukraynın Lvov vilayəti ilə sərhədə çatdırılıb. Telekanalın məlumatına görə, Trampın əmrindən dərhal sonra amerikan silahlarını daşıyan təyyarələr əks istiqamətdə hərəkət edib.