BAKI, 4 mart. TELEQRAF

Kiyev Moskva ilə sülh danışıqları masasına oturmağa qərar verərsə, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edə bilər.

Teleqraf com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərlə söhbəti zamanı deyib.

O vurğulayıb: “Prezident aydın şəkildə bildirir ki, o, ukraynalıların danışıqlar masasına əyləşməsini istəyir. Düşünürəm ki, ukraynalılar danışıqlar masası arxasına əyləşəndə ​​hər şey nəzərə alınacaq".