
BAKI, 3 mart. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset Amerika Kiber Komandanlığına Rusiyaya qarşı hücum əməliyyatlarını dayandırmağı əmr edib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Rəsmilərin şərhlərinə görə, bu addım Rusiya Prezidenti Vladimir Putini Ukrayna və ABŞ ilə yeni münasibətlərlə bağlı danışıqlara cəlb etmək üçün daha geniş səylərin bir hissəsidir.
Qeyd olunur ki, Heqsetin Rusiyaya qarşı bütün əməliyyatların yenidən qiymətləndirilməsinin bir hissəsi olan göstərişləri Prezident Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə Ağ Evdə görüşündən əvvəl verilib.