BAKI, 2 mart. TELEQRAF

Ukrayna üzrə danışıqlar başlamazdan əvvəl təhlükəsizlik təminatı istəmək düzgün deyil.

Teleqraf xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals belə deyib.

O, CNN-ə müsahibəsində bildirib: "Məqsədimiz tərəfləri danışıqlar masasına oturtmaqdır. Lakin bir çoxları dialoq başlamazdan əvvəl zəmanət istəyir. Bu, yanlış yanaşmadır".

O deyib ki, “arabanı atın qabağına qoşmaq" olmaz. Valsın sözlərinə görə, Tramp administrasiyası mücərrəd mübahisələrə deyil, münaqişənin praktiki həllinə fokuslanıb.

Xatırladaq ki, Vaşinqton və Kiyev uzun müddətdir Ukraynanın mineral ehtiyatlarına dair saziş imzalamaq istəyir. Zelenski əvvəllər sövdələşməyə hazır olduğunu bildirsə də, təhlükəsizlik təminatının olmadığı üçün sənədə imza atmaqdan imtina edib.