
BAKI, 19 fevral. TELEQRAF
ABŞ Pezidenti Donald Tramp bildirib ki, o, Ədliyyə Nazirliyinə keçmiş prezident Co Bayden administrasiyası dövründə çalışmış bütün federal prokurorları işdən çıxarmaq əmri verib.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Tramp deyib: "Son dörd il ərzində Birləşmiş Ştatların Ədliyyə Nazirliyi heç vaxt olmadığı qədər siyasiləşib. Buna görə də mən Bayden dövründən qalan bütün federal prokurorların işdən çıxarılmasına göstəriş vermişəm".