
BAKI, 19 fevral. TELEQRAF
Maraqların toqquşduğu halda ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, SpaceX və Tesla şirkətlərinin təsisçisi İlon Maskın dövlət proqramlarında iştirakına icazə verilməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib .
O qeyd edib: "Mən İlona dedim ki, maraqların toqquşması olan istənilən vəziyyətdə sən bu işi görə bilməzsən".
Ağ Ev rəhbəri aydınlaşdırıb ki, bu, kosmik proqrama da aiddir.