BAKI, 19 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuelanı düşmən adlandırıb.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri Amerika şirkətlərini Venesueladan neft almamağa çağırıb.

Amerika lideri Mar-a-Laqo mülkündə (Florida) yeni fərmanlar imzalayarkən jurnalistlərin suallarını cavablandırıb.

Prezident xatırladıb ki, Amerikanın əvvəlki lideri Co Baydenin administrasiyası dövründə Birləşmiş Ştatlar Venesueladan milyardlarla dollar dəyərində neft almağa başlayıb. “Niyə düşmənə üz tutub onlara milyardlarla dollar veriblər?"

O, əlavə edib ki, ABŞ-nin kifayət qədər neft ehtiyatları var. Amerika şirkətlərinin Venesueladan neft almağa davam etməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Hazırda bu məsələni müzakirə edirik".