BAKI, 18 fevral. TELEQRAF

Nyu-York meri Erik Adamsın dörd müavini istefa ərizəsi yazıb.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, merin birinci müavini, səhiyyə xidmətləri üzrə müavini, əməliyyatlar üzrə müavini və ictimai təhlükəsizlik üzrə müavini ötən gün istefalarını elan ediblər.

Erik Adamsın onların istefasına üzüldüyünü bildirib: "Onların getdiyini görməkdən məyus oldum, lakin mövcud çətinlikləri nəzərə alaraq, qərarlarını başa düşürəm və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Adams qeyd edib ki, problemsiz keçidi təmin etmək üçün müavinləri hələlik öz vəzifələrində qalacaqlar.

İstefaya səbəb ki, bələdiyyəyə qarşı irəli sürülən korrupsiya ittihamları göstərilir.