BAKI, 17 fevral. TELEQRAF

"Heç kim Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh sazişi imzalamağa məcbur edə bilməz".

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bunu Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Kelloq vurğulayıb ki, razılaşma ilə bağlı qərarı Zelenski və ukraynalılar verməlidir.

Qeyd edək ki, yaxın vaxtlarda Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda Ukrayna böhranı ilə bağlı görüşünün keçirilməsi planlaşdırılıb. Ukraynanın hələ ki, dəvət olunmadığı bu görüş Kiyev tərəfindən narazılıqla qarşılanıb.