
Serbiya Prezidenti Aleksandar Vucic hesab edir ki, Ukraynada sülh əldə olunarsa, ABŞ Prezidenti Donald Tramp mayın 9-da qələbə paradında Moskvaya gələcək.
Teleqraf "Veçerne Novosti"yə istinadən xəbər verir ki, Vuçiç mayın 9-da Moskvaya gedəcəyini bildirib.
"Sülh əldə olunsa, Donald Tramp da Qırmızı meydanda ola bilər”, - Vuçiç bildirib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin mayın 9-da ABŞ lideri Donald Tramp da daxil olmaqla, dövlət liderlərinin Moskvaya səfər etməsindən şad olardı.