BAKI, 15 fevral. TELEQRAF
Filadelfiyada paradda atışma olub.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı polisə istinadən məlumat yayıb.
Qeyd olunur ki, insident cümə günü, fevralın 14-də “Filadelfiya İqlz”in Superboulda qələbəsi şərəfinə keçirilən parad zamanı baş verib. Yaralı qadınlar həkimə müraciət ediblər. Onların vəziyyəti stabildir.