
BAKI, 15 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Enerji üstünlüyü üzrə şuranın yaradılması haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit X sosial şəbəkəsində məlumat verib.
O deyib: “Prezident Tramp indi iki sərəncam imzalayır. Biri Daxili işlər naziri Daq Burqum və energetika naziri Kris Rayt tərəfindən idarə olunacaq Enerji üstünlüyü şurasının yaradılmasına, ikincisi isə Amerika məktəblərində koronavirusa qarşı məcburi peyvəndin ləğvinə aiddir".