
BAKI, 14 fevral. TELEQRAF
ABŞ Hindistanı F-35 qırıcıları ilə təchiz etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Amerika lideri qeyd edib ki, silahların alışı ölkəyə milyardlarla dollar qazandıracaq.
Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşən Tramp deyib ki, Hindistanı F-35 gizli qırıcı ilə təmin etmək üçün "yolu açırıq".
Tramp həmçinin ümid edir ki, Hindistan ABŞ-nin neft və qaz tədarükçüləri arasında birinci olacaq.