![](https://teleqraf.az/storage/2025/01/26/715x378/tramp4.jpg)
BAKI, 13 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna nizamlanması məsələsində Rusiya lideri Vladimir Putinə güvəndiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ukrayna məsələsində Putinə güvəndiyini bildirib. O, Rusiya rəhbərliyinin sülh istədiyinə əminliyini ifadə edib.