BAKI, 13 fevral. TELEQRAF
ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisi Aralıq dənizində ticarət gəmisi ilə toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.
“USS Harry Truman” təyyarədaşıyan gəmisi fevralın 12-də yerli vaxtla saat 23:46-da Aralıq dənizində Misirin Port-Səid şəhərində olarkən ticarət gəmisi ilə toqquşub ”, - komandanlığın bəyanatında bildirilib.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəminin hərəkət sistemləri zədələnməyib və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
Ölən və yaralananlar barədə məlumat verilmir.