BAKI, 13 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun əsas teatr-konsert kompleksi olan Con Kennedi İfaçılıq İncəsənət Mərkəzinin İdarə heyətinin sədri seçilib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
O bildirib: "Mən Kennedi Mərkəzinin sədri olmaqdan şərəf duyuram... Biz Mərkəzi xüsusi və cəlbedici bir yerə çevirəcəyik".