BAKI, 11 fevral. TELEQRAF

FTB Prezident Kennedinin qətli ilə bağlı 2400-ə yaxın qeyd aşkar edib.

Teleqraf xəbər verir ki, bu qeydlər heç vaxt sənədlərin öyrənilməsi və dərci ilə məşğul olan komissiyaya təqdim edilməyib.

Axios portalı yazır: "Hələ də məxfi saxlanılan bu qeydlər FTB-nin Prezident Donald Trampın 23 yanvar sərəncamından sonrakı araşdırmalar zamanı aşkar edilib. Onlar 14 min səhifədən ibarətdir".

Nəşr bildirir ki, Ağ Evdə bu sənədlərin mövcudluğunu keçən həftənin cümə günü öyrəniblər. Aşkarlanmış qeydlərin məzmunu ciddi şəkildə məxfiləşdirilib.