BAKI, 11 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp dövlət strukturlarına şirə içmək üçün nəzərdə tutulan kağız çöplərin alınmasını qadağan edib.

Teleqraf xəbər verir ki, məmurlar bundan sonra plastik çöplərdən istifadə edəcəklər.

"ABC News" müvafiq sərəncamın imzalanma anından kadrları "YouTube" kanalında yerləşdirib.

ABŞ Prezidenti bildirib: "Bunlar (kağız çöplər - red.) bir işə yaramırlar. Onlardan milyon dəfə istifadə etmişəm. Bəzən qırılır, açılırlar, isti nəsə içməli olanda uzun müddət duruş gətirə bilmirlər, bəzən ömürləri bir dəqiqə, bəzən də saniyə çəkir. Bu, çox gülməli haldır. Biz plastik çöplərə qayıdırıq".