BAKI, 11 fevral. TELEQRAF

Hökumət sərxoş dənizçi kimi büdcəsini xərcləməyə davam edərsə, Amerika Birləşmiş Ştatları iflas edəcək.

Teleqraf xəbər verir ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask sosial şəbəkə hesabında belə yazıb.

O, ABŞ-nin keçmiş maliyyə naziri Lourens Sammersin açıqlamasına belə cavab verib.

Xatırladaq ki, sabiq nazir özünün və ABŞ-nin digər dörd keçmiş maliyyə nazirinin “federal ödənişlər üzərində özbaşına" nəzarət risklərindən və DOGE-nin fəaliyyətindən narahat olduqlarını söyləyib.

Mask yazıb: “Qulaq as, Larri, biz hökumətin sərxoş dənizçi kimi dələduzluq və israfçılıq etməsini dayandırmalıyıq, əks halda Amerika müflis olacaq. Bu, o deməkdir ki, bir çox fırıldaqçılar pullarını itirəcək və bu barədə gur səslə şikayət edəcəklər”.