![](https://teleqraf.az/storage/2025/02/10/715x378/tramp_01.jpg)
BAKI, 10 fevral. TELEQRAF
"Tezliklə ABŞ-nin atəşkəs məsələsində səbri tükənəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, azad edilən İsrail əsirlərinin görünüşünü şərh edərkən bildirib.
"Onlar, Holokostu təkrar yaşamış insanlar kimi görünürdülər. Dəhşətli vəziyyətdə idilər. Çox yorulmuşdular. Bilmirəm, buna nə qədər dözə biləcəyik. Səbrimiz tükənir", - o qeyd edib.