![](https://teleqraf.az/storage/2025/02/10/715x378/upload-ap24195803074590-pic_32ratio_900x600-900x600-8715.jpg)
BAKI, 10 fevral. TELEQRAF
ABŞ təhlükəsizlik orqanlarının rəsmiləri hazırkı Prezident Donald Trampa qarşı hələ bir il öncə İranın sui-qəsd hazırladığı barədə məlumatlı olublar. Onlar Trampı bu barədə xəbərdar ediblər.
Teleqraf xəbər verir ki, Britaniyanın “The Independent” nəşrindəki məqalədə sui-qəsd planının bəzi detalları açıqlanıb.
“Keçən il seçki kampaniyası zamanı ABŞ hüquq-mühafizə orqanları Tramp və onun komandasına xəbərdarlıq etmişdilər ki, Tehran ABŞ-də raketlərə çıxışı olan agentlər yerləşdirib və ona qarşı sui-qəsd planı hazırlayıblar”, - nəşr yazıb.