![](https://teleqraf.az/storage/2025/02/10/715x378/kolumb.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Kolumbiya Prezidenti Qustavo Petro nazirlərdən istefa vermələrini tələb edib.
Teleqraf xəbər verir ki, prezidentə görə xalqın müəyyən etdiyi proqrama uyğunlaşmaq üçün Nazirlər Kabinetində bəzi dəyişikliklər edilməlidir.
Petro əlavə edib ki, onun hökuməti ölkənin inkişafı üçün proqramın həyata keçirilməsinə tam diqqət yetirəcək.
Fevralın 5-də Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristo da hökumətin buraxılmasını tələb edib.