![](https://teleqraf.az/storage/2025/01/26/715x378/tramp.jpg)
Bakı, 9 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Entoni Blinkenin və keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın məxfi məlumatlara çıxışını məhdudlaşdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yazıb.
Fevralın 7-də ABŞ Prezidenti sələfi Co Baydenə "Co, sən işdən çıxarılmısan" deyərək, onun məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.
Nəşr yazır ki, Blinkenlə bağlı qərar onun Hanter Baydenin noutbuku ilə bağlı işdə Rusiyanın əli olduğunu sübut etmək üçün uğursuz cəhdlərdən ibarət kampaniyada iştirakı ilə əlaqədar verilib. Qəzet onu da yazır ki, əvvəllər Trampa qarşı işlərə baxan Nyu York Baş prokuroru Letisiya Ceyms və Manhetten dairəsinin prokuroru Alvin Breqq də məxfi məlumatlara çıxışını itirə bilər.