![](https://teleqraf.az/storage/2023/07/12/715x378/ilon-mask.jpg)
BAKI, 9 fevral. TELEQRAF
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask "Tik-Tok" sosial şəbəkəsini almaqda maraqlı olması ilə bağlı şayiələri təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Maks deyib: "Mən "Tik-Tok"u almaq üçün heç bir təklif etməmişəm".
Mask “Tik-Tok"la bağlı heç bir xüsusi planının olmadığını bildirib.
Sıfırdan başlamağı sevdiyini söyləyən milyarder deyib: ""Tik-tok"u almağa can atmıram".
Bu arada qeyd edək ki, Mask 2022-ci ildə "Twitter"-i satın alıb və onun adını dəyişərək "X" qoyub.
Mask həmçinin bildirib ki, "Tik-Tok"dan istifadə etmir.