BAKI, 8 fevral. TELEQRAF

Alyaskada itkin düşən "Bering Air Cessna Caravan" təyyarəsindəki 9 sərnişin və pilot ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb .

“Alyaskanın qərbində, mərkəzi Nome şəhərinə uçarkən qəzaya uğrayan kiçiktutumlu sərnişin təyyarəsinin qalıqları cümə günü dəniz buzları üzərində tapılıb və onun göyərtəsində olan 10 nəfərin hamısı həlak olub”, - nəşr bildirib.

Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, əlverişsiz hava şəraitinə görə təyyarə qəzaya uğrayıb.